Prezident İlham Əliyev Türkiyəyə səfər edəcək

1651821089 ilham aliyev erdogan 150 1492364876.jpg

Azərbaycan Prezidenti İlham Əliyev mayın 14-də Türkiyəyə səfər edəcək.

Avtor.az “Anadolu”ya istinadən xəbər verir ki, Azərbaycan və Türkiyə dövlət başçıları Rizə-Artvin hava limanının açılışında iştirak edəcəklər.

Hava limanına ilk enişi Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevin təyyarələri edəcək.

Daha sonra isə Rizə-Artvin aeroportunun rəsmi açılış mərasimi keçiriləcək. Ardından prezidentlər və digər qonaqların şərəfinə ziyafət veriləcək.