Prezident təqaüdünə namizədlər mükafatlandırıldı

Kaspi.jpg

Kaspi Təhsil Şirkəti ötən tədris ilinin yekunlarına dair hesabatını ictimaiyyətə təqdim edib. “Milli təhsil amalımızdır” şüarı ilə 15 il əvvəl fəaliyyətə başlayan təhsil müəssisəsi fəaliyyətini müasir dövrün təhsil çağırışlarına və trendlərinə uyğunlaşdıraraq ötən tədris ilində də əhəmiyyətli nəticələr qazanıb.

Hesabat tədbirində Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Torpaqlarımızın erməni işğalından azad olunması uğrunda şəhid olan övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirə Kaspi Liseylərinin, Kaspi Abituriyent kurslarının, Kaspi KİDS və Kaspi Uşaq Bağçalarının əldə etdiyi uğurların təqdimatı ilə start verilib. Təqdimatda ictimaiyyətə növbəti tədris ili üçün yeniliklər barəsində də məlumat verilib.

Mərasimi açıq elan edən Kaspi Təhsil Şirkətinin Tədris işləri üzrə Akademik rəhbəri Rəsul Ağayev ötən ildəki uğurlardan danışaraq, yeni fəaliyyətə başlayan KASPİ 28 MAY filialı, KASPİ Mikrorayon və Nərimanov filiallarında yeni istifadəyə verilmiş KASPİ MƏKTƏBLİ xidməti, həmçinin KASPİ Elmlər filialında fəaliyyət göstərən KASPİ KİDS xidməti və Kaspi Nəşrləri barədə iştirakçılara məlumat verib. Qeyd edilib ki, Kaspi Abituriyent Kursları bundan əvvəlki illərdəki uğurlarını bu il də təkrarlayıb. Eləcə də vurğulanıb ki, Kaspi Təhsil Şirkəti sosial məsuliyyətlilik çərçivəsində şəhid və qazi övladlarının Kaspi Təhsil müəssisələrində təhsil almaq imkanlarını daha da genişləndirib. Hal-hazırda Kaspi müəssisələrində təhsil alan 35 şəhid ailəsinin övladı təhsil haqqından azaddır.

2021/2022-ci tədris ilində Prezident Təqaüdçüsü adına namizəd olan 6 (altı) KASPİ məzununun adı və nəticələri xüsusi vurğulanıb. 35 abituriyentin 600-dən yuxarı nəticə göstərdiyi və eləcə də Fidan Qismətlinin I ixtisas qrupu üzrə blok imtahanında maksimum nəticə əldə etməsi və yekunda 690.6 bal toplaması qürurla qeyd edilib.

KASPİ liseyləri üzrə tədris şöbəsinin müdiri Məhəmməd Nağıyev Lisey haqqında məlumat verərək, ötən tədris ilində Kaspi Liseyinin məzunlarının əvvəlki illərdəki uğurlarını təkrarladıqlarını, qəbul imtahanlarında bu il də 100% nəticə göstərdiklərini qeyd edib: “Məzunlarımızdan 18 nəfəri nüfuzlu xarici universitetlərə qəbul olub. Builki məzunlardan Aqşin Əlisoy liseyi gümüş medalla bitirib və Türkiyənin nüfuzlu universitetlərindən olan MEDİPOL Universitetinə qəbul qazanıb, liseyin digər məzunu Hüseyn Nadirov isə Elm və Təhsil Nazirliyinin Dövlət Proqramı üzrə tam təqaüd qazanaraq KOÇ Universitetinə ÖDƏNİŞSİZ təhsil almaq şansı əldə edib”.

Diqqətə çatdırılıb ki, Kaspi Liseyin uöurlarını davam etdirərək 2021-2022-cu tədris ilində beynəlxalq layihə olimpiadalarında ümumi 10 olmaqla, 8 gümüs, 2 bürünc medal, yerli layihə olimpiadalarında ümumi 40 olmaqla, 11 qızıl, 14 gümüş, 15 bürünc medal qazanıb və bununla da bugünədək liseyin hesabındakı medal sayı 124-ə çatıb.

Mərasimdə builki qəbul imtahanlarında yüksək nəticə göstərən Kaspi Liseyinin və Kaspi Abituriyent Kurslarının məzunları və onların valideynləri çıxış edərək Kaspi Təhsil Şirkətindəki tədrisin keyfiyyəti və müəllimlərin peşəkarlığından, həmçinin onlara göstərilən diqqət və qayğıdan məmnun olduqlarını qeyd ediblər.

Tədbirdə qəbul imtahanlarında uğur qazanmış Kaspi məzunlarına və müəllimlərə mükafatlar təqdim olunub.