Prezidentlə xanımı Xocavənd və Xocalıya getdilər

Acc88c57 F0f9 396e 8860 Eeafdc8a913b 850.jpg

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 20-də Xocavənd və Xocalı rayonlarına səfər ediblər.

Dövlət başçısı və birinci xanım Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində, Şıx Dursun kəndində “Çinar müqəddəs yer” abidə kompleksində və Xocalı rayonunun Şuşakənd kəndində olublar.