Psixoloji maarifləndirmə marafonu keçirilib

311925008 526757286131014 8753693405880288951 n.jpg

Neftçala RİH-nin təşkilatçılığı ilə “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin peşəkar mütəxəsisləri tərəfindən əhali arasında psixoloji maarifləndirmə marafonu keçirilib.
Tədbirdə çıxış edən Psixologiya üzrə fəlsəfə doktoru, “LOQOS” Psixoloji və Nitq İnkişaf Mərkəzinin təsisçisi və rəhbəri, Psixoloji Xidmət və Tədqiqatlar Mərkəzi İctimai Birliyinin idarə heyətinin sədri, “Psytech Azerbaijan” Psixometrik Qiymətləndirmə Mərkəzinin rəhbəri Təranə Paşayeva “Loqos” Psixoloji və Nitq İnkişaf Mərkəzi haqqında seminar iştirakçılarını məlumatlandırıb.
Seminarda “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzinin peşəkar mütəxəsisləri tərəfindən uşaqların pedaqoji inkişafı, bak və transkranial polarizasiyanın uşaq və böyüklərdə istifadəsi, “Nitq inkişaf dövrləri”, ” Nitq inkişafı ləngiməsi “, Refleksologiya nədir, hansı xəstəliklərdə istifadə olunur və uşaqlarda özünə xidmətin formalaşmasında rolu, Təşviş pozuntuları, panik atak, psixosomatik ağrılar, xəstəliklər və digər mövzularda çıxışlar dinlənilib.
Seminarın sonunda psixoloji dəstəyə ehtiyacı olan vətəndaşlarla ödənişsiz diaqnostik konsultasiyalar keçirilib.
Məlumat üçün bildiririk ki, “Loqos” Psixoloji və Nitq İnkişafı Mərkəzi insanların psixoloji durumunun şəraitə uyğun müdafiəsi kimi çətin vəzifəni öz üzərinə götürərək qısa zaman ərzində özünü təsdiqləyərək, intellektualmaarifçi təmayüllü təşkilat olaraq əhali arasında tanınıb.