“Pulu canınıza xərcləməlisiniz, daş-divara yox”

255751 w332k6fj05.jpg

Əməkdar artist Aybəniz Haşımova paylaşımı ilə diqqət çəkib.

Müğənni Türkiyədə baş verən zəlzələdən olan görüntüləri yayımlayaraq, həyatda ən önəmli amilin mülk yox, can sağlığı olduğunu vurğulayıb:

“Çox körpə idim: yaxşı xatırlayıram, qonşumuzda rus qadın var idi. Anama həmişə belə deyərdi: Siz azərbaycanlılar əlinə pul düşən kimi ev-eşiyə tökürsünüz. Amma o pulları canınıza xərcləməlisiniz, nəyinki daş, divara. Anam da deyirdi ki, nədir, camaat tör-töküntünün içində qalsın? Əlbəttdə, evini səliqəyə, səhmana salacaqlar. İndi bu hadisələrin illərnən şahidi oluruq ki, həqiqətən də can sağlığından o yana heç nə yox imiş. Allah canınıza dəyməsin, dostlar”.