Putin Azərbaycan sərhədinədək olan yolun açılışında iştirak edib

F1bdc941 46da 3fa6 903a d102b1e33974 850.jpg

Rusiya Prezidenti Vladimir Putin oktyabrın 16-da Azərbaycan sərhədinədək uzanan yolun açılışında iştirak edib.

Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

V.Putin videokonfrans vasitəsilə Dağıstandan keçən və Azərbaycan sərhədinə kimi gələn “Qafqaz” yolunun açılışını edib.
Rusiya Prezidenti bu yolun “Şimal-Cənub” dəhlizinin inkişafında mühüm rol oynadığını və Azərbaycan Prezidenti ilə dəhlizin tikintisi məsələlərini müzakirə etdiyini bildirib.