Rusiya prezidenti Vladimir Putin gələn həftə Qazaxıstana səfər edəcək.
Bu barədə Qazaxıstan Prezidentininn mətbuat xidməti məlumat yayıb.
“Dövlət başçısı Qasım-Jomart Tokayevin dəvəti ilə 2023-cü il noyabrın 9-da Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Astanaya rəsmi səfər edəcək”, – rəsmi məlumatda deyilir.
Səfər çərçivəsində Rusiya və Qazaxıstan liderləri arasında aparılacaq danışıqlarda strateji tərəfdaşlığın cari məsələlərinin müzakirə olunacağı, bundan başqa, prezidentlərin XIX Regionlararası Əməkdaşlıq Forumunda iştirak edəcəyi qeyd olunur.

