Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisiyə Şirazdakı terror aktı ilə bağlı başsağlığı verib.
Avtor.az-ın Kremlin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Putin Rəisiyə göndərdiyi başsağlığı teleqramında Moskvanın terrorizmlə mübarizədə Tehranla əməkdaşlığı artırmağa hazır olduğunu təsdiqləyib.

