Vladimir Putinlə Nikol Paşinyan arasında bu gün telefon danışığı olacaq.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov açıqlama verib.
O, telefon danışığının Rusiya ilə Ermənistan arasında dostluq haqqında müqaviləsinin imzalanmasının 25 illiyi münasibətilə baş tutacağını əlavə edib.
Peskov gününü ikinci yarısında baş tutacaq telefon danışığı zamanı aktual məsələlərin müzakirə olunacağını da əlavə edib.

