Qabonda hakimlər tətil keçirdir

307afbb8 5dc2 31c8 a0d1 a19999ea1eaf 850.jpg

Qabonda hakimlərin ümumi və müddətsiz tətili başlayıb.

Bu barədə “Agence France-Presse” Həmkarların Milli İttifaqının sədri German Nguema Ellaya istinadən məlumat yayıb.

“Qabonda məhkəmə sistemi böhran içindədir. Hakimlərin mövqeyinin yaxşılaşdırılması üçün heç bir iş görülmür”, – o deyib.

Tətilçilər hakimiyyətdən maaşların artırılmasını, iş şəraitinin yaxşılaşdırılmasını və cəmiyyətdəki statuslarının yüksəldilməsini tələb edirlər.

Həmkarlar ittifaqı rəhbərinin əmin etdiyi kimi, ölkə üçün ən vacib işlərə aid məhkəmə iclasları tətildə ictimaiyyətə qapalı rejimdə davam edəcək.