Qadınlar din xadimi deyil – Komitədən AÇIQLAMA

1676530602 1676473156 15743332265389928142 1200x630.jpg

Qadınlar din xadimi deyil. Qadınlar üçün vəzifənin adı dini ayinlərin icraçısıdır.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov deyib.

O qeyd edib ki, məscid və ziyarətdahlarda 3 vəzifə müəyyənləşdirilib: “Birincisi, imamdır, ikincisi, imam müavini, üçüncüsü, dini ayinlərin icraçısıdır. Bir də qadın dini ayinlərin icraçısı var. Qadınlar məscidlərdə imamların tapşırığına əsasən sırf qadınlara yönəlik fəaliyyətlə məşğul olurlar”.

Xatırladaq ki, islam dininə aid ibadət yerlərində (məscidlər) qadın dini ayinlərin icraçısı vəzifəsinin tutulması üçün 15 fevralda müsahibə keçirilib.