“Qalatasaray” tezliklə yenidən baş məşqçi postunda dəyişikliyə gedə bilər.
Domenek Torrenin fəaliyyəti klub rəhbərliyini qane etmir.
Fatih Terimin yerinə gətirilən ispaniyalı mütəxəssis də komandanı uğursuzluq zolağından çıxarmaqda acizdir. “Sarı-qırmızılılar” Super Liqanın XXV turunda “Kayserispor”u da məğlub edə bilməsə, “cim-bom”un İdarə Heyəti çalışdırıcının gələcəyini müzakirəyə çıxaracaq.
Qeyd edək ki, ötən ay baş məşqçi postuna təyin olunan Domenek Torrenin rəhbərliyi altında “Qalatasaray” Super Liqada 4 oyun keçirib, aktivinə cəmi 1 xal yazdırıb.




