“Qalatasaray” baş məşqçi vəzifəsinə əsas namizəd Okan Burukla danışıqlara başlayıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Türk mütəxəssislə danışıqların rəsmən başlanıldığı bildirilib. Onunla 2 illik müqavilə imzalanacağı gözlənilir.
Qeyd edək ki, Okan Buruk son olaraq “Başakşəhər”də çalışıb.




