Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub

Scraped 1782189040 ce9ecedf

Qara dənizdə Türkiyəyə məxsus gəmiyə hücum olub.

Redaksiya xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ukraynanın Qara dəniz limanı sahillərində pilotsuz təyyarənin hücumu nəticəsində Türkiyəyə məxsus, Panama bayraqlı gəminin ekipaj üzvləri arasında olan iki vətəndaşımızın yaralandığı öyrənilib. Vətəndaşlarımızın vəziyyəti Kiyevdəki səfirliyimiz və Odessadakı Baş Konsulluğumuz tərəfindən diqqətlə izlənilir”, – məlumatda deyilir.

Açıqlamada vurğulanıb ki, Türkiyə Rusiya-Ukrayna müharibəsində gərginliyin artması nəticəsində Qara dənizdəki maraqlarını və regional təhlükəsizliyi təhdid edən hücumlarla bağlı narahatlığını hər iki ölkənin səlahiyyətlilərinə çatdırıb.

Qafqazinfo.az