“Qara pantera”nın üçüncü hissəsi çəkiləcək

254509 1gom9ostpr.jpg

“Qara pantera” filminin üçüncü hissəsi çəkiləcək.

Bu barədə ekran işinin baş rol ifaçısı Letitsiya Rayt müsahibəsində bildirib.

Onun sözlərinə görə, növbəti hissəni çəkməyə güc və enerji toplamaq üçün komanda dincəlməlidir.

Qeyd edək ki, bir müddət əvvəl amerikalı prodüser və “Marvel” şirkətinin rəhbəri Kevin Feyge kinorejissor Rayan Kuqler ilə filmin üçüncü hissəsinin potensialını müzakirə etmişdilər.