“Qarabağ”ın Avstriyadakı bütün rəqibləri bəlli oldu

1687675592 27b0cca6 4d37 3c9f af34 c8a6e3f92f4e 850.jpg

“Qarabağ” klubu Avstriyadakı təlim-məşq toplanışında qarşılaşacağı sonuncu rəqib bəlli olub.

Ağdam təmsilçisi Bolqarıstanın MOİK (Sofiya) komandası ilə üz-üzə gələcək.

Yoxlama görüşü iyulun 4-də baş tutacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyada 3 sınaq matçı keçirəcək. “Köhlən atlar” iyunun 27-də Macarıstan “Ferentsvaroş”u, iyulun 1-də isə Polşa “Legiya”sı ilə qarşılaşacaq.