“Qarabağ”ın “Ferensvaroş”la oyununun vaxtı dəqiqləşib

95c8f42216589904809645792451001394.jpg

“Qarabağ”ın Çempionlar Liqasının III təsnifat mərhələsində “Ferensvaroş”la ilk oyununun vaxtı müəyyənləşib.

Azərbaycan çempionu Macarıstan təmsilçisini avqustun 3-də qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq qarşılaşma saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu komandalar arasında Macarıstandakı səfər görüşü avqustun 9-da keçiriləcək.