“Qarabağ” – “Ludoqorets” matçına 20 mindən çox bilet satılıb

F9b869c8 B612 3295 A20d 72c6a5ce036e 850.jpg

“Qarabağ”ın Bakıda Bolqarıstan təmsilçisi “Ludoqorets”ə qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyununa indiyədək 23000 bilet satılıb.

Bu barədə Ağdam klubunun mətbuat katibi Anar Hacıyev məlumat verib.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç üçün satışa 30000-ə yaxın bilet çıxarılıb.

Qeyd edək ki, avqustun 6-da reallaşacaq “Qarabağ” – “Ludoqorets” görüşü saat 20:00-da başlayacaq. Cavab görüşü avqustun 13-də olacaq.