“Qarabağ Universitetində STEAM tədrisi ayrıca ixtisas və metodologiya kimi başlayacaq”

Eminemrullayev

“Sevindirici haldır ki, növbəti tədris ilindən etibarən işğaldan azad olunmuş ərazilərdə – Qarabağ Universitetində də STEAM tədrisi ayrıca ixtisas və metodologiya kimi başlayacaq”.

Oxu.Az xəbər verir ki, bu fikirləri “STEAM Azərbaycan” festivalının açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, layihənin böyük bir hissəsi Ağdam və ətraf bölgələrdə reallaşacaq:

“Bu da regionda təhsilin inkişafına ciddi töhfə verəcək”.