Qarlı hava şəraiti ilə əlaqədar şimal bölgəsində yollarda vəziyyət açıqlanıb

5eb13cb6167324580437303687510144620.jpg

Azərbaycanda müşahidə olunan qarlı hava şəraiti ilə əlaqədar olaraq şimal bölgəsindəki yollarda vəziyyət açıqlanıb.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan  verilən məlumata görə, son iki gün ərzində qarlı hava şəraiti ilə bağlı Qusarda 7 nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 16 avtomobilə zərər dəyib.

Bundan əlavə, Xaçmazda nəqliyyat hadisəsi olub, nəticədə 1 nəfər yüngül xəsarət alıb, 26 avtomobilə isə zərər dəyib.

Eyni zamanda, Qubada isə 15 nəqliyyat hadisəsi olub və 27 avtomobilə zərər dəyib. Bu rayondaki hadisələr zamanı xəsarət alan olmayıb.

Qeyd olunub ki, hadisələr yanvarın 7-dən 8-dək dövrü əhatə edib.