Qazaxıstan Ukraynadakı vətəndaşlarına müraciət etdi

2022 10 10T110806Z 1020073234 RC2LXW9VNBXN RTRMADP 3 UKRAINE CRISIS KYIV BLASTS pic 32ratio 900x600 900x600 17916.jpg

Qazaxıstanın Ukraynadakı səfirliyi ölkə vətəndaşlarına Ukrayna ərazisini tərk etməyi tövsiyə edib.

Bu barədə diplomatik departamentin teleqram kanalında məlumat paylaşılıb.

“Səfirlik ciddi şəkildə Qazaxıstan vətəndaşlarından mümkün olduğu təqdirdə Ukrayna ərazisini tərk etmələrini xahiş edir”, – müraciətdə deyilir.

Diplomatik missiya izah edib ki, tövsiyə Ukrayna ərazisinə hücumların intensivləşməsi ilə bağlıdır.