Qazaxıstan parlamentinin məclisi (aşağı palatası) çərşənbə günü uşaqları sosial media da daxil olmaqla, zorakılıqdan qorumaq üçün mövcud qanunvericiliyə düzəlişləri təsdiqləyib.
Bu barədə məlumat qanunverici orqanın saytında yayımlanıb.
Bundan əvvəl müvafiq qanun layihəsi Senatda – yuxarı palatada qəbul edilib və bəzi düzəlişlərlə birlikdə Məclisə göndərilib. Beləliklə, sənəd bütövlükdə parlament tərəfindən qəbul edilmiş sayılır.

