Qazaxıstan və Tacikistan arasında uçuşların sayı artırılacaq

158fc2dd165043190556693914211069925.jpg

Qazaxıstanın “Air Astana” aviaşirkəti və Tacikistanın “Somon Air” aviaşirkətləri aprel-may aylarında Alma-Ata-Düşənbə marşrutu üzrə sərnişin reyslərinin sayını artırmağı planlaşdırır.

Bu barədə çərşənbə günü Qazaxıstan Sənaye və İnfrastrukturun İnkişafı Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Tacikistanın aviasiya səlahiyyətliləri ilə birgə iş nəticəsində Qazaxıstan və Tacikistan arasında müntəzəm sərnişin reyslərinin sayı artır. Beləliklə, Tacikistanın “Somon Air” aviaşirkəti 2022-ci il aprelin 25-dən etibarən beynəlxalq uçuşların sayını artırmağı planlaşdırır”.