Qazaxıstanda 39 minə yaxın rusiyalı işləyir.
Avtor.az TurkicWorld-a istinadən xəbər verir ki, bunu Qazaxıstanın əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Yerbol Ospanov deyib.
O qeyd edib ki, bu vahid iqtisadi zonaya daxil olan ölkələrin vətəndaşlarının işə götürülməsi haqqında qaydalara uyğundur.
“Beş ölkə vahid iqtisadi zonanın bir hissəsidir. Müvafiq olaraq, onlar (Rusiya Federasiyasının vətəndaşları) Qazaxıstan Respublikası ərazisində, o cümlədən Rusiya Federasiyasında işləmək hüququna sahibdirlər” –deyə o bildirib.

