Qazaxıstanda növbədənkənar prezident seçkiləri keçirilə bilər

02f657d5166201543573732877311014993.jpg

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkədə bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edib.

O bu barədə Qazaxıstan xalqına müraciətində deyib.

“Məlum olduğu kimi, növbəti prezident seçkiləri 2024-cü, parlament seçkiləri 2025-ci ildə keçiriləcək. Bu ilin payızında növbədənkənar prezident seçkilərinin keçirilməsini təklif edirəm”, – deyə o bildirib.

K.Tokayev, həmçinin prezidentin səlahiyyət müddətinin 7 ilədək artırılmasını təklif edib.

Qeyd edək ki, Kasım-Jomart Tokayev 2019-cu ilin martında Qazaxıstan prezidenti seçilib.