Qəlbimiz Türkiyə xalqı ilə döyünür – BMT-nin Bakıdakı rəsmisi

1676017359 81aebabe 0a48 3cc7 9706 3858481fcf74 850.jpg

BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva Türkiyənin Bakıdakı səfirliyində matəm kitabına ürək sözlərini yazıb.

O, bu barədə tviter səhifəsində bildirib.

“BMT-nin Azərbaycandakı ofisi adından Türkiyə səfirliyində matəm kitabına ürək sözlərimi yazdım. Qəlbimiz çətin durumda olan Türkiyə xalqı ilə döyünür. BMT yardım səylərini dəstəkləməyə tam sadiqdir”, – paylaşımda deyilir.