Qida məhsullarının istehsalı 8 faiz artıb

1671111249374957645 1000x669.jpg

Cari ilin yanvar-noyabr aylarında ötən ilin müvafiq dövrü ilə müqayisədə qida məhsullarının istehsalında 8 faiz artım, içki istehsalında 4,7 faiz, tütün məmulatlarının istehsalında isə 4,9 faiz azalma müşahidə olunub.

Dövlət Statistika Komitəsindən bildirilib ki, bu sahələrin əsas məhsullarından marqarin istehsalı 65,5 faiz, qənd və şəkər tozunun istehsalı 10,4 faiz artıb, duru bitki yağlarının istehsalı isə 6,4 faiz azalıb.