Qırğızıstan Azərbaycanın Britaniyadakı səfirliyinə hücumu pisləyib

379526e4 06d5 325d 86b0 ebf84ee40932 850.jpg

Qırğız Respublikasının Xarici İşlər Nazirliyi avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyinə edilən hücumu və onun əmlakına qarşı törədilmiş vandalizm aktını qətiyyətlə pisləyir.

Bu barədə Qırğız Respublikası XİN məlumat yayıb.

“İnsidentin hərtərəfli və obyektiv araşdırılmasına, günahkarların məsuliyyətə cəlb olunmasına çağırırıq”, – məlumatda deyilir.