Qiymətlər kəskin artır, böyük şoklar var – Nazir

B27d5296165418170530979567310675389.jpg

ABŞ-da inflyasiyanın tempi ilə bağlı ötənilki şərhlərimdə səhvlərə yol vermişəm.

Bu barədə ABŞ maliyyə naziri Canet Yellen deyib.

O, iqtisadiyyatda enerji və ərzaq qiymətlərinin gözlənilməz şəkildə artdığını, böyük şoklar yaşandığını bildirib:

“Bu prosesləri tam olaraq anlamadım. İnflyasiyanın gedişatı ilə bağlı yanıldım. İnflyasiya ABŞ prezidenti üçün başlıca məsələlərdəndir. Bayden FES-in inflyasiyanı endirmə hədəfini dəstəkləyir və bankın müstəqil olduğuna inanır. İnflyasiya çox yüksəkdir, enməlidir”.