“Qızıl top”un favoriti açıqlandı

D0ad206f 43b8 4623 a2c0 4c1a0fadda45.jpg

“İnter Mayami”nin hücumçusu Lionel Messi növbəti “Qızıl top”u qazanmağa yaxındır.

Argentinalı futbolçu ötən ilin sonunda dünya çempionatında əldə etdiyi qələbə sayəsində nüfuzlu mükafatın favoriti hesab olunur.

Xatırladaq ki, Qətərdə hücumçu milli komandasına kuboku qazandırmaqla yanaşı, həm də turnirin ən yaxşı oyunçusu olub.

Bildirilir ki, hazırda Messinin karyerasındakı səkkizinci “Qızıl top”u alması şansı 93% təşkil edir. Qeyd olunur ki, 36 yaşlı futbolçu əsas rəqibi, “Mançester Siti”də çıxış edən Erlinq Holandı xeyli qabaqlayır.