Qubada bayram yarmarkası

7e6ff020167212727176457533810671529.jpg

Quba rayonunda kənd təsərrüfatı məhsullarının yarmarkası açılıb.

Yarmarka şəhərin mərkəzində yerləşən meydanda təşkil olunub.

31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə keçirilən yarmarkada kənd təsərrüfatı məhsulları və digər tələbat malları satış çıxarılıb.

Yarmarkada satışa çıxarılan məhsullar alıcılara mövcud bazar qiymətlərindən xeyli ucuz təklif olunur.

Qeyd edək ki, yarmarka iki gün ərzində fəaliyyət göstərəcək.