Qubada yol qəzası baş verib, xəsarət alanlar var

171ebbe3 dd18 34be a01c 441f25d196f4 850.jpg

Quba rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə Quba-Qusar yolunda qeydə alınıb.

Beləki, iki nəqliyyat vasitəsinin toqquşması nəticəsində Xaçmaz rayon sakini 1996-cı il təvəllüdlü Əmirbəyov Cilovxan Murad oğlu, Qusar rayon sakinləri 1994-cü il təvəllüdlü Sultəliyev İmran Müzəffər oğlu və 1963-cü il təvəllüdlü Kərimova Rəhilə Kərim qızı müxtəlif dərəcəli bədən xəsarətləri ilə Quba Mərkəzi Rayon Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.