İsrailin Qüds şəhərində partlayış törədilib.
Səhər saatlarında baş vermiş hadisə nəticəsində 7 nəfər xəsarət alıb.
Yaralılardan ikisinin vəziyyəti ağır olaraq qiymətləndirilir.
Qeyd olunur ki, partlayışa avtobus dayanacağı yaxınlığında skuterə quraşdırılmış maddənin işə düşməsi səbəb olub.
Hüquq-mühafizə orqanları terror aktı versiyasını nəzərdən keçirir.

