“Real” Benzemaya yeni müqavilə təklif etdi

2afc4dfb165841347561456750010887107.jpg

“Real” futbolçusu Kərim Benzemaya yeni müqavilə təklif edib.

Avtor.az İspaniya mətbuatına istinadən xəbər verir ki, Madrid təmsilçisi fransalı hücumçu ilə 2023-cü ilin yayı başa çatacaq müqavilənin müddətini daha 1 il uzatmaq istəyir.

Qeyd edək ki, Benzema 2009-cu ildən “Real”da oynayır. O, ötən mövsüm La Liqada 32 oyuna çıxıb, 27 qol vurub və 12 qolun ötürməsini verib.