“Real”da itkilər

B21f9f98164994402721695763610211113.jpg

“Real”ın futbolçuları Ferland Mendi və Marselo komandanın bu günkü məşqini buraxıblar.

Bu barədə “Marca” məlumat yayıb. Sözügedən oyunçular zədələndikləri üçün hazırlıq prosesində olmayıblar. Marselo 1, Mendi isə 2 həftə yaşıl meydanlardan uzaqda qalacaq. Onlar La Liqanın 32-ci turunda “Sevilya” ilə matçda da iştirak etməyəcəklər.

Qeyd edək ki, sözügedən oyun aprelin 17-si Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.