“Real Madrid” Harri Keynin transferindən imtina edib

Deb38208 d1c9 361b 9266 ca17f7af0aca 850.jpg

İspaniyanın “Real Madrid” klubu “Tottenhem” və İngiltərə millisinin hücumçusu Harri Keynin transferindən imtina edib.

Bu barədə “Relevo” nəşri məlumat yayıb.

Nəşrin məlumatına görə, buna London klubunun həddindən artıq yüksək maliyyə tələbləri səbəb olub.

“Real Madrid”in prezidenti Florentino Peres 29 yaşlı futbolçunun alınması üçün 100 milyon avro xərcləməyi məqsədəuyğun hesab etməyib.

Qeyd edək ki, Harri Keyn 2022/2023 mövsümündə “Tottenhem”in heyətində bütün turnirlərdə 49 oyun keçirib. Fransalı hücumçu bu matçlarda 32 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb. Onun londonlularla 2024-cü ilin yayınadək müqaviləsi var.