“Real Madrid” kapitanı klubdan getməyə məcbur edir

Naco1718309782.jpg

“Real”ın müdafiəçisi Naço Fernandes Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçməyə yaxındır.

Bu barədə Fransanın “L’Equipe” qəzeti məlumat yayıb.

Mənbənin məlumatına görə, İspaniya komandasının 34 yaşlı kapitanı keçmiş komanda yoldaşı Kərim Benzemanın çıxış etdiyi komanda ilə razılaşmanın son mərhələsindədir və buna görə də madridlilər fəal şəkildə əvəzedici axtarırlar. Klub Naçonun əvəzinə “Lill”in 18 yaşlı müdafiəçisi Leni Yoronu transfer etməyə hazırlaşır.

İspaniya çempionatının ötən mövsümündə Naço 29 oyun keçirib, qol vurmayıb, bir məhsuldar ötürmə edib.