“Rəhimlə aramıza girənlərin ölümünü gözləyirəm”

258178 tw6c3o0jnz.jpg

Müğənni Kərim Abbasov “Həmin Zaur” verilişində qonaq olub.

Axşam.az xəbər verir ki, sənətçi proqramda bir zamanlar qalmaqal yaşadığı mərhum həmkarı, bəstəkar Rəhim Rəhimli haqda danışıb.

“Allah Rəhimə rəhmət eləsin. Küsülüydük, Rəhimlə aramıza girən var idi. Dalaşmamışdıq. İndi həmin şəxslər sağdır, onların ölümünü gözləyirəm. Arada gəzənlər, heç nədən adamı pis çıxaranlar var. Adım, sözüm olmadan Rəhimə nəsə çatdırmışdılar və o insan ömrünün sonuna qədər mənimlə küsülü qaldı. Təbii ki, peşmanlıq hissi keçirirəm. Kim istəyər ki, həyatdan küsülü getsin” deyə, Kərim bildirib.

Qeyd edək ki, Kərim Abbasov bir neçə il əvvəl müsahibələrinin birində onunla müğənni Niyam Salaminin arasını R.Rəhimlinin vurduğunu iddia edərək onu şeytan adlandırmışdı.