Rəisi ilə Si Cinpin Səmərqənddə görüşüb

97df5fa1166330912433127493210184064.jpeg

Rəisi ilə Si Cinpin Səmərqənddə görüşüb.

Görüşdə Si Cinpin İranın Şanxay Əməkdaşlıq Təşkilatına tamhüquqlu üzv olması münasibətilə bu ölkə prezidentini təbrik edib.

O bu təşkilat çərçivəsində İranla koordinasiya və əməkdaşlığı gücləndirməyə çalışacağını vurğulayıb.

Si Cinpin həmçinin qeyd edib ki, Çin İranı öz suverenliyini və milli şərəfini qorumaqda dəstəkləyir.

O bildirib ki, Çin daxili işlərə qarışmamaq prinsiplərini qorumaq və inkişaf etməkdə olan ölkələrin ümumi maraqlarını qorumaq üçün İranla əməkdaşlıq etməyə hazırdır.