Rəşad Nəbiyev: Azərbaycanda startapların inkişafı üçün zona yaradılması nəzərdə tutulur

2d95666e165518718746607830010258808.jpg

Azərbaycanda startapların inkişafı üçün xüsusi zonanın yaradılması nəzərdə tutulur.

Bunu nazir Rəşad Nəbiyev innovasiya ekosistemi nümayəndələri ilə görüşü zamanı deyib.

Onun sözlərinə görə, bu layihənin Azərbaycan reallığına və qanunvericiliyinə uyğun olaraq həyata keçirilməsi nəzərdə tutulur.

“Artıq bununla bağlı sənəd hazırlanıb və hökumətdə müzakirədədir. Hesab edirik ki, sənəd bu ilin sonunadək qəbul ediləcək”,- deyə nazir qeyd edib.