Rəşad Nəbiyev Selçuk Bayraktarla görüşüb

1653397254 c713f8c7 c7bb 3a00 97f3 30bc0ba95744.jpg

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev ölkəmizdə səfərdə olan “TEKNOFEST” İdarə Heyətinin və T3 Fondu Qəyyumlar Şurasının sədri Selçuk Bayraktar və Türkiyәnin sәnaye vә texnologiya nazirinin müavini Mehmet Fatih Kacırla görüşüb.

Avtor.az xəbər verir ki, bu barədə azərbaycanlı nazir məlumat verib.

Onun sözlərinə görə, görüşdə mayın 26-29-da Bakıda keçiriləcək TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalına hazırlıq işləri müzakirə edilib.