“Rockstar” GTA 6-nın çıxacağı tarixi açıqlayıb

22b39fe3 5598 3b4e Bd13 Cd2c25dad5cf 850.jpg

ABŞ-nin “Rockstar” videooyun şirkəti yutubda “Grand Theft Auto” (GTA) oyun seriyasının altıncı nəslinin treylerini dərc edib.

Bu barədə “Rockstar” məlumat yayıb.

Bildirilib ki, oyun 2025-ci ildə buraxılacaq. Videoda eyni zamanda oyunun Florida ştatının Mayami şəhərinə bənzəyən şəhəri və iki əsas personaj göstərilir.

GTA seriyasının beşinci hissəsi 10 il əvvəl buraxılıb və dünyada ən çox satılan ikinci video oyunudur (185 milyon nüsxədən çox).