Ronaldo: Oğlum deyir ki…

1fb36c4c164620072738594926310845797.jpg

“Mançester Yunayted”in hücumçusu Kriştiano Ronaldo oğlunun istəyindən danışıb.

Portuqaliyalı oyunçu bununla bağlı “The Sun”a açıqlamasında deyib: “Oğlum mənə deyir: “Ata, daha bir neçə il gözlə, mən səninlə oynamaq istəyirəm”.

Xatırladaq ki, Ronaldo 2021-ci ilin yayında “Yuventus”dan “Mançester Yunayted”ə qayıdıb. 37 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 oyuna çıxıb, 9 qol vurub və 3 qolun ötürməsini verib.