Rubl manata qarşı yeddiillik minimuma enib

8ed36a84164646139014003217211021318.jpg

Bu gün Rusiya rublunun (RUB) Azərbaycan manatına (AZN) qarşı rəsmi məzənnəsi 0,0138 manat (1 manat = 72,46 rubl) təşkil edib ki, bu da 2015-ci ilin 20 fevral tarixindən bəri qeydə alınan ən aşağı göstəricidir.

Rublun manata qarşı məzənnəsi Rusiya-Ukrayna münaqişəsinin başlanmasınadək fevral ayının ortalama göstəricisindən 37,6% azdır.

Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalar fonunda ötən gün Moskva birjasında ABŞ dollarının məzənnəsi 110 rublu, avronun isə 123 rublu keçmişdi. Rusiya Mərkəzi Bankı 5 mart üçün dolların məzənnəsini 105,81 rubl, avronun isə 116,53 rubl səviyyəsində müəyyən edib.