Rusiyanın “Uralskie avialinii” martın 6-dan etibarən Yekaterinburqdan Bakıya reyslərin sayını artıracaq.
Bu barədə Heydər Əliyev Beynəlxalq Hava Limanından bildiriblər.
Qeyd olunur ki, uçuşlar həftənin cümə axşamı və bazar günləri həyata keçiriləcək.
Cümə axşamı reys Yekaterinburqdan yerli vaxtla 15:55-də yola düşəcək, 18:00-da isə Bakıya çatacaq. Əks istiqamətdə 01:05-də yola düşən təyyarə 05:20-də Yekaterinburqa çatacaq.
Bazar günləri reys Yekaterinburqdan yerli vaxtla 22:00-da yola düşəcək, 00:05-də isə Bakıya çatacaq. Bakıdan 01:05-də yola düşən təyyarə 05:15-də Yekaterinburqa çatacaq.
Qeyd edək ki, hazırda sözügedən aviareys həftədə bir dəfə təşkil olunur.

