Rusiya bankı SWIFT-ə qayıdır?

1688362521 rosselkhozbank.jpg

Avropa İttifaqı (Aİ) Rusiya banklarından biri olan “Rosselxozbank”a SWIFT sisteminə qayıtmaq üçün şərait yarada bilər.

Bu barədə “Financial Times” müzakirələrlə tanış olan mənbələrə istinadən yazıb.

Belə ki, Aİ taxıl sövdələşməsini xilas etmək naminə taxıl ixracı ilə bağlı əməliyyatları həll etmək üçün banka SWIFT ödəniş sisteminə qoşulacaq törəmə müəssisə yaratmağa icazə verməyi nəzərdən keçirir.

Qeyd edək ki, Rusiyaya qarşı sanksiyalarla yanaşı, bankların beynəlxalq SWIFT sistemindən çıxarılması da həyata keçirilmişdi.