Rusiya BMT TŞ-nın çağırılmasını istəyib

3dea6b59164550440335273378711075233.jpg

Rusiya Ukraynadakı ABŞ-ın bioloji laboratoriyalarının fəaliyyəti ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasının çağırılması təşəbbüsü ilə çıxış edib.

Bu barədə Rusiya Federasiyasının BMT-dəki daimi nümayəndəsinin müavini Dmitri Polyanski öz “Twitter” səhifəsində bildirib.

O yazib ki, Rusiya ABŞ-ın Ukrayna ərazisindəki hərbi-bioloji fəaliyyətini müzakirə etmək üçün martın 11-də BMT Təhlükəsizlik Şurasında iclas keçirməsi ilə bağlı sorğu göndərib.