Rusiya qoşunları Çernobıl Atom Elektrik Stansiyasının ərazisindən tamamilə çıxarılıb.
Bu barədə feysbukda Ukraynanın istisna zonasının idarə olunması üzrə Dövlət Agentliyi məlumat yayıb.
“Yenilənmiş məlumat. Hazırda Çernobıl AES-in yerində heç bir icazəsiz şəxs yoxdur”, – agentlik bildirib.
Bundan əlavə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi bildirib ki, Rusiya Çernobıl Atom Elektrik Stansiyasına nəzarəti ukraynalı personala verib:
“Bu gün Ukrayna MAQATE-yə məlumat verdi ki, fevralın 24-dən Çernobıl AES-ə nəzarət edən Rusiya qüvvələri AES-ə nəzarəti yazılı şəkildə ukraynalı personala təhvil verib”.

