Rusiya Donetskdə binaya raket atdı – Ölən və yaralananlar var

Ukrayna saldiri 1869495 2.jpg

Rusiya qoşunları Ukraynanın Donetsk bölgəsindəki Çasiv Yar şəhərində 5 mərtəbəli yaşayış binasına raket zərbəsi endirib.

Avtor.az xarici KİV-ə istinadən xəbər verir ki, bu haqda Donetsk vilayətinin qubernatoru Pavlo Kirilenko sosial media hesabında açıqlama verib:

“Xilasetmə əməliyyatları davam edir. Dağıntılar altından 6 meyit və 5 yaralı çıxardıq”.

Binanın hər iki girişinin tamamilə dağıldığını bildirən Kirilenko, biri 9 yaşlı olmaqla ən azı 34 nəfərin hələ də dağıntılar altında ola biləcəyini bildirib.