Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq oluna bilər

06fe1c23166427069860655145310453568.jpg

Rusiya-Gürcüstan sərhədində fövqəladə vəziyyət tətbiq oluna bilər.

Bu barədə Şimali Osetiyanın rəhbəri Sergey Menyaylo bildirib.

O, Gürcüstanla sərhəddə yerləşən Şimali Osetiyada fövqəladə vəziyyət tətbiq oluna biləcəyini söyləyib.

Qeyd edək ki, Rusiyada səfərbərlik elan edildikdən sonra bu ölkədən Gürcüstana gedənlərin sayı kəskin artıb.